Bakı şəhərinin Binəqədi rayonunda yol qəzası baş verib
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Binəqədi şosesində "Vaz 21011" markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Sürücü sərt döngədə qəzadan yayına bilməyib.
Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
































