Əfqan Sadıqov həbs edildi

Bakıda soyğunçuluq - Zorla pulunu aldılar


Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində 2 naməlum şəxsin zor tətbiq edərək ondan 1080 manat və 168 ABŞ dollarını aldıqlarını bildirib

DİN-dən bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər "isti izlər"lə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Edqar Eyyubov və Təbriz İbrahimli olduqları müəyyən edilib.

Faktla bağlı cinayt işi başlanılıb.
Bakıda soyğunçuluq - Zorla pulunu aldılar - Milliyol.az