Əfqan Sadıqov həbs edildi

Bakıda şirkət əməkdaşı qəza törətdi: 3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-i saat 07:17 radələrində paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bu dövrdə xəbər yoxdur.

Bakıda şirkət əməkdaşı qəza törətdi: 3 nəfər öldü - Milliyol.az