Əfqan Sadıqov həbs edildi

Bakıda sərxoş kürəkən qaynanasını döyüb


Kürəkəni Zibeydə Əsədullayevanı döyərkən sərxoş olub

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır. 

Bu dövrdə xəbər yoxdur.

Bakıda sərxoş kürəkən qaynanasını döyüb - Milliyol.az