Əfqan Sadıqov həbs edildi

Bakıda seçki günü təcili yardıma 7 seçki dairəsindən müraciət daxil olub


Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” xidmətinə 11 apreldə 2087 ümumi müraciət daxil olub

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müraciətlərin cəmi 7-si seçki dairəsindən olub.

Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb.

Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

MilliYol.Az
Bakıda seçki günü təcili yardıma 7 seçki dairəsindən müraciət daxil olub - Milliyol.az