Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir


Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir

APA-nın məlumatına görə, toplantıya 800-dən artıq iştirakçı qatılıb.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransının sədri Venesuelanın xarici işlər naziri Xorxe Arreaza çıxış edəcək.