Bakıda parkda asılmış kişi meyiti tapıldı


Bakıda 44 yaşlı kişi intihar edib

Lent.az xəbər verir ki, Şıx qəsəbəsi, Salyan yolu 12-nin yaxınlığında (Dostluq parkı) şam ağacından kəmərlə asılmış kişi meyiti tapılıb.

İlkin araşdırmalardan sonra ölən şəxsin Yasamal rayonu, Şərifzadə küçəsində qeydiyyatda olmaqla yaşayan 1973-cü il təvəllüdlü Valehov Valeh Baxış oğlu olması müəyyən edilib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

MilliYol.Az