Əfqan Sadıqov həbs edildi

Bakıda minik avtomobili aşıb: 2 yaralı


Yaralılar xəstəxanaya yerləşdiriliblər

Aeroport yolunun paytaxtın Sabunçu rayonu ərazisinə düşən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Rusiya dövlət qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin səkiyə dəyərək aşması nəticəsində sürücü və onun qadın sərnişini yüngül bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.
Bakıda minik avtomobili aşıb: 2 yaralı - Milliyol.az