Bakıda mənzildən 5100 dollar və 1200 manat pul oğurlanıb


Bakıda mənzildən oğurluq olub. Hadisə Xəzər rayonunda qeydə alınıb

Belə ki, rayonun Binə qəsəbəsində yeni yaşayış sahəsində yaşayan 1966-ci il təvəllüdlü Bəxşeyiş Əsədovun evindən pəncərənin barmaqlıqlarını sındırmaqla 5100 ABŞ dolları və 1200 manat pul oğurlanılıb.

Polis faktla bağlı araşdırma aparır. (“Report”)

MilliYol.Az