Bakıda mənzildə qalan şəxs xilas edildi

Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə aşkar edilmiş vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Bakıda mənzildə qalan şəxs xilas edildi - Milliyol.az