Əfqan Sadıqov həbs edildi

Bakıda küçədən 7 kiloqrama yaxın civə tapılıb

Bakıda zibillikdə külli miqdarda civə aşkarlanıb

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Rayonun 80 saylı MKİS-inin sahə nəzarətçisi, 1966-cı il təvəllüdlü Əzizov Teyyub Əmirxan oğlu Binəqədi rayonu, S.Sani Axundov küçəsi, 3 ünvanının qarşısında təmizlik işləri apararkən içərisində civə olan 0,5 litrlik şüşə qab aşkarlayıb.

O, dərhal hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək 0,5 litrlik civəni müvafiq qaydada qablaşdıraraq götürüb.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org qeyd edir ki, civənin 1 litrinin çəkisi təxminən 13,5 kiloqramdır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda küçədən 7 kiloqrama yaxın civə tapılıb - Milliyol.az