Əfqan Sadıqov həbs edildi

Bakıda konsert və atəşfəşanlıq təşkil olunacaq

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar Bakıda bir sıra tədbirlər keçiriləcək.

MilliYol.Az xəbər verir ki, paytaxtın bütün rayonlarında bu gün ağacəkmə aksiyası, saat 17:00-da isə Bakı bulvarında konsert təşkil olunacaq.

Eyni zamanda, 18:00-da Xəzər rayonunda Heydər Əliyev Mərkəzində fleşmob baş tutacaq.

Saat 21:00-da Dənizkənarı bulvarda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bu dövrdə xəbər yoxdur.

Bakıda konsert və atəşfəşanlıq təşkil olunacaq - Milliyol.az