Əfqan Sadıqov həbs edildi

Bakıda idmançı “Galendewagen”lə ağır qəza törətdi – Ölən var


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Səfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1959-cu il təvəllüdlü Musayev Elman Zaman oğludur.

Bildirilir ki, qəzanı törədən Bəhman Səfiyev idmançıdır. O, Bilgəhdəki çimərlikdən şəhərə qayıdarkən qəza törədib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda idmançı “Galendewagen”lə ağır qəza törətdi – Ölən var - Milliyol.az