Əfqan Sadıqov həbs edildi

Bakıda fəhlə yıxılaraq ölüb


Bakıda villanın tikintisində fəhlə işləyən şəxs ehtiyatsızlıqdan yıxılaraq ölüb

Hadisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Telman Eyyub oğlu üçmərtəbəli villanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report.az)
Bakıda fəhlə yıxılaraq ölüb - Milliyol.az