Əfqan Sadıqov həbs edildi

Bakıda əsən güclü külək fəsadlara səbəb olub

Səməd Vurğun bağının qarşısında ağac qırılaraq yaxınlıqda dayananların üzərinə aşıb, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb

Nəsimi rayonu, Rixard Zorge küçəsində ağacların budaqları qırılaraq yolun üzərinə düşüb, maşınların hərəkətinə maneçilik törədib. Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsində də ağaclar qırılıb, iri budaqlardan biri ağacın altında ayanmış maşının üzərinə düşüb.

Abşeron rayonu, Mehdiabad qəsəbəsində isə külək nəticəsində bina və fərdi evlərin dam örtükləri uçub.

Güclü külək nəticəsində Mehdiabad qəsəbəsindəki köçkün şəhərçiyində damın uçması ilə bağlı sosial şəbəkələrdə video görüntü yayılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda əsən güclü külək fəsadlara səbəb olub - Milliyol.az