Əfqan Sadıqov həbs edildi

Bakıda əqli qüsurlu şəxs avtobusa hücum etdi - 1 nəfər yaralandı


Bu gün Nərimanov rayonu "Gənclik" metrostansiyasının çıxışında 26 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna hücum olub

Bu barədə musavat.com-a hadisə şahidləri məlumat verib. Şahidlərin sözlərinə görə, əqli qüsurlu bir kişi daşla avtobusun şüşəsini sındırıb.

Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan da olub.
Bakıda əqli qüsurlu şəxs avtobusa hücum etdi - 1 nəfər yaralandı - Milliyol.az