Bakıda dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Dünən Bakı şəhərinin Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Babayev Emin Kənan oğlunun axtarışları başa çatıb

Milli.Yol-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, E.Babayevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sosial səhifələrdə paylaş
Bakıda dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb - Milliyol.az