Əfqan Sadıqov həbs edildi

Bakıda dəhşətli qəza: 3 nəfər yanıb öldü - VİDEO

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “KİA” markalı avtomaşınla toqquşub. Hadisə zamanı “VAZ 2107” markalı avtomaşın alışaraq yanıb. 

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

FHN-dən bildirilib ki, hadisə zamanı “VAZ 2107”-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir. (report.az)

 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda dəhşətli qəza: 3 nəfər yanıb öldü - VİDEO - Milliyol.az