Əfqan Sadıqov həbs edildi

Bakıda daha bir partlayış – Xəsarət alanlar var


Bakıda partlayış baş verib

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Səməd bəy Mehmandarov küçəsi 122-128 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı otluq sahədə yanğın başlayıb. Binanın birinci mərtəbəsində yaşayan Yüzbəyov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman istilik xətlərinin keçdiyi hissədə naməlum səbəbdən partlayış baş verib. Nəticədə hər iki şəxs xəsarət alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar, vəziyyətləri ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayışın səbəbləri və mənbəyinin dəqiqləşdirilməsi üçüm araşdırmalara başlanılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda daha bir partlayış – Xəsarət alanlar var - Milliyol.az