Bakıda bir nəfər tüstüdən zəhərlənib


Bakının Sabunçu rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Ev yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bakıda bir nəfər tüstüdən zəhərlənib - Milliyol.az