Əfqan Sadıqov həbs edildi

Bakıda bazarda kütləvi dava


Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib

“Report”un xəbərinə görə, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda bazarda kütləvi dava - Milliyol.az