Bakıda avtomobillə vurulan piyada öldü


Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Paytaxtın Qaradağ rayonu ərazisində Cəlal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elməddin Vəli oğlu Əhmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)
Bakıda avtomobillə vurulan piyada öldü - Milliyol.az