Əfqan Sadıqov həbs edildi

Bakıda ailə faciəsi: oğul atasının meyitini tapdı


Ötən gün paytaxtın Xətai rayonu, Araz Novruzov küçəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb

Lent.az xəbər verir ki, yaşadığı evdə özünü asaraq intihar edən 1966-cı il təvəllüdlü Dadaşov Fariz Məhəmməd oğlunun xırda ticarətlə məşğul olduğu üzə çıxıb. Ailə üzvləri bildiriblər ki, onun müəyyən miqdarda borcu olub. Ümumilikdə isə ailə maddi sıxıntılardan əziyyət çəkirmiş.

Hadisədən əvvəl heç kimlə danışmayan F.Dadaşov məktub da yazmayıb. Onun asılı vəziyyətdə qalmış meyitini oğlu aşkar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu dövrdə xəbər yoxdur.

Bakıda ailə faciəsi: oğul atasının meyitini tapdı - Milliyol.az