Əfqan Sadıqov həbs edildi

Bakıda ABŞ-ın vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu (YENİLƏNİB)

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
 
MilliYol.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi ABŞ-ın Vitse-prezidentinə raport verib.
 
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.
 
Sonra rəsmi foto çəkdirilib.
 
17.50
 
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
 
MilliYol.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
 
16.33
 
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.
 
MilliYol.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.
 
Qeyd edək ki, Cey Di Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.
 










Bu dövrdə xəbər yoxdur.

Bakıda ABŞ-ın vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu (YENİLƏNİB) - Milliyol.az