Əfqan Sadıqov həbs edildi

Bakıda 23 yaşlı qızı oteldə döydülər

Bakıdakı otellərdən birində xuliqanlıq hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, paytaxt sakini, 1993-ci il təvəllüdlü Rəhimova Güney Fikrət qızı ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında Bibiheybət qəsəbəsində yerləşən "Saffir" otelində tanımadığı şəxs tərəfindən xuliqanlıq zəminində döyülüb. 

Şikayətçi onu döyən şəxsin xarakterik əlamətlərini polisə təqdim edib və hadisənin hansı səbəbdən baş verdiyini qeyd etməyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakıda 23 yaşlı qızı oteldə döydülər - Milliyol.az