Əfqan Sadıqov həbs edildi

Bakıda 11 min manata narkotik satan tutuldu - Foto


Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib

MilliYol.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub. 

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakıda 11 min manata narkotik satan tutuldu - Foto - Milliyol.az