Əfqan Sadıqov həbs edildi

Bakı-Xarkov sərnişin qatarının marşrutu uzadılır- Kiyev stansiyasına kimi


Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir.

Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Qatar Bakıdan həftədə bir dəfə – həftənin IV günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək.

Qeyd edək ki, Bakı-Kiyev qatarı Bakıya 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da çatacaq.

MilliYol.Az
Bakı-Xarkov sərnişin qatarının marşrutu uzadılır- Kiyev stansiyasına kimi - Milliyol.az