Əfqan Sadıqov həbs edildi

Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi


Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Zığ, Masazır qəsəbəsində "Zəli" gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.
 
Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı və Abşeronda bir neçə yerdə sürüşmə aktivləşdi - Milliyol.az