Əfqan Sadıqov həbs edildi

Bakı sakinindən 1 kilo narkotik maddə götürülüb


Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir

Bu istiqamətdə aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

MilliYol.Az
Bakı sakinindən 1 kilo narkotik maddə götürülüb - Milliyol.az