Əfqan Sadıqov həbs edildi

Bakı sakini 41 yaşlı qonşusunu öldürüb qaçdı

Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi baş verib

Virtualaz.org-un məlumatına görə, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda - Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəminində sonuncunu bıçaqlayıb.

Sonra D.Abuzərov hadisə yerindən qaçıb. S.Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı sakini 41 yaşlı qonşusunu öldürüb qaçdı - Milliyol.az