Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb


Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – 1 yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb - Milliyol.az