Əfqan Sadıqov həbs edildi

Bakı-Quba yolunda qəza: sürücü ölüb


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 32-ci kilometrliyində “Shacman“ markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, sürücü, 1957-ci il təvəllüdlü Qasımov Firudin Əziz oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı-Quba yolunda qəza: sürücü ölüb - Milliyol.az