Əfqan Sadıqov həbs edildi

Bakı-Quba yolunda qəza: ölən və yaralanan var


Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi “KİA” markalı avtomobil aşıb.
 
Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı-Quba yolunda qəza: ölən və yaralanan var - Milliyol.az