Əfqan Sadıqov həbs edildi

Bakı-Quba yolunda iki maşın toqquşub, ölən və xəsarət alan var


Bakı-Quba-Rusiya Federasiyası yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 73-cü km-də, Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb. “Shacman” markalı yük maşını ilə “Skoda” markalı minik maşını toqquşub. Qəza nəticəsində İsmayılov Nizami Qulu oğlu ölüb, Cabbaova Süriyyə Vəli qızı isə xəsarət alıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı-Quba yolunda iki maşın toqquşub, ölən və xəsarət alan var - Milliyol.az