Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Nəticədə, 4 nəfər xəsarət alıb
Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 27 yaşlı Ürfan Həmidov, 28 yaşlı Eldar Qədimov, 45 yaşlı Hürriyyət Teyyubovanın vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Fakt araşdırılır. (ARB TV)
MilliYol.Az































