Əfqan Sadıqov həbs edildi

Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü - FOTOLAR

Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. Hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Nəvai postunun yaxınlığında baş verib.

Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

“Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub. Həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.

Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı-Qazax yolunda dəhşətli qəza: 5 tələbə öldü - FOTOLAR - Milliyol.az