Əfqan Sadıqov həbs edildi

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb


Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb

"Report"un Qərb bürosu xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər əlverişsiz hava şəraiti səbəbindən avtomobillərin sürətini azaltmağa və ya avtomobillərini yolun kənarına çəkərək hərəkəti dayandırmağa məcbur olublar.

Hazırda dumanlı hava şəraiti davam edir.
Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb - Milliyol.az