Bakı Poladəritmə Zavodunun ərazisində yanğın


Bakının Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb

Lent.az FHN-ə istinadən bildirir ki, ilkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.
 
Əlavə məlumat veriləcək.
 
14:56

Bakının Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
Bakı Poladəritmə Zavodunun ərazisində yanğın - Milliyol.az