Əfqan Sadıqov həbs edildi

"Bakı metrosu sərnişin sayının ikiqat artımına hazır deyil"


"Bakı Metropoliteni" QSC sərnişin sayının 2-3 dəfə artmasına hazır deyil

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev "Caspian European Club"da keçirilən biznes-forum zamanı müvafiq sualı cavablandırarkən bildirib.

"Sərnişinlərin sayının 2-3 dəfə artması böyük rəqəmdir. Biz buna hələlik hazır deyilik. Amma sərnişin sayı artdıqca buna müvafiq tədbirlər görəcəyik", – deyə xidmət rəisi qeyd edib.

Qurum rəsmisinin sözlərinə görə, cari ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 7 mln. nəfər artıb: "Təbii ki, sərnişinlərin sayı artdığı üçün biz sentyabrın 18-dən qatarların hərəkətində yeni qrafik tətbiq etdik. Sərnişinlərin sayı artdıqca qatarların sayını və qatarlar arasındakı intervalı tənzimləyirik".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Bakı metrosu sərnişin sayının ikiqat artımına hazır deyil" - Milliyol.az