Əfqan Sadıqov həbs edildi

“Bakı məni qorxudur” - Rusiyalı müğənni


Bu gün Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq

Axşam.az-ın məlumatına görə, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən gecəyə bir çox rusiyalı məşhur qatılacaq. Bu münasibətlə müğənnilər paytaxtımıza gəlib. Musiqi festivalının qonaqları sırasında Anna Sedokova da yer alıb.

Sedokova "Hello.ru"nun kamerası qarşısına keçib və Bakı ilə bağlı fikirlərini bölüşüb. O, festivalın uğurlu keçəcəyinə inandığını bildirib. "Bu şəhər məni qorxudur. Çünki dəlicəsinə əyləncəlidir" deyə, müğənni sözlərinə əlavə edib. 

Qeyd edək ki, "Jara" festivalı iyulun 29-na kimi davam edəcək.

Bu dövrdə xəbər yoxdur.

“Bakı məni qorxudur” - Rusiyalı müğənni - Milliyol.az