Əfqan Sadıqov həbs edildi

Bakı Beynəlxalq Caz Festivalı başa çatdı


Oktyabrın 20-dən 28-dək Bakıda dünyanın caz ifaçıları üçün bir növ ənənəvi bayrama çevrilmiş Beynəlxalq Caz Festivalı keçirilib

Oxu.Az xəbər verir ki, festivalda Almaniya, ABŞ, İsveçrə, İsveç, Niderland, İsrail, Türkiyə, Norveç, Kolumbiya, Qvineya, Meksika, Polşa, habelə Azərbaycanın caz kollektivləri iştirak edib.


Bakı Beynəlxalq Caz Festivalının sonuncu günləri - oktyabrın 26-da İsveçrənin “Mats Up” qrupu, 27-də isə İsveçin “Bobo Stenson trio”su caz həvəskarlarının qarşısında çıxış edib.

Bakı Beynəlxalq Caz Festivalı barədə məşhur “Euronews” telekanalında da süjet yayımlanıb. Telekanalın əməkdaşı Volfanq Şpindler builki festivalın proqramının möhtəşəm olduğunu vurğulayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Bakı Beynəlxalq Caz Festivalı başa çatdı - Milliyol.az