Əfqan Sadıqov həbs edildi

Bakı bazarlarında xiyar bahalaşdı


Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb

Paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir. Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb – 0,9-1 manata yüksəlib: “Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.(oxu.az)


MilliYol.Az

Bakı bazarlarında xiyar bahalaşdı - Milliyol.az