Əfqan Sadıqov həbs edildi

“Azərişıq”dan borclu abonentlərlə bağlı rəsmi məlumat

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.

MilliYol.Az xəbər verir ki, bu barədə ASC-dən verilən məlumatda bildirilir.

Yayılan elanların "Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Qeyd edilir ki, "Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Bu dövrdə xəbər yoxdur.

“Azərişıq”dan borclu abonentlərlə bağlı rəsmi məlumat - Milliyol.az