Əfqan Sadıqov həbs edildi

“Azəriqaz”: Tələbatla əlaqədar qaz sərfiyyatı 1 mln. 150 min kubmetr artıb

“Ölkədə qarlı və şaxtalı hava şəraiti ilə bağlı heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb”

Bunu “APA-Economics”ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
 
Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımı alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.
 
İ. Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”. 


MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

“Azəriqaz”: Tələbatla əlaqədar qaz sərfiyyatı 1 mln. 150 min kubmetr artıb - Milliyol.az