Əfqan Sadıqov həbs edildi

“Azəriqaz” itkiləri açıqladı


“Ötən il ərzində “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 min 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub”

Oxu.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, 2016-cı il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir: 

“Bunun nəticəsidir ki, ötən il ərzində birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 min 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. 

Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 milyon 634 min 915 manat dəyərində dəymiş ziyan hesablanıb”.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

“Azəriqaz” itkiləri açıqladı - Milliyol.az