Əfqan Sadıqov həbs edildi

Azercell mənfi xəbərlərdə lider oldu


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

MilliYol.az Media Təqib Mərkəzi mobil operatorlarla bağlı iyun ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1547 xəbər yerləşdirilib. Bunlardan 65-i mənfi,1482-i isə neytral xəbərlərdir. 

Mənfi xəbərlər  AzerCELL-ə məxsusdur: (65 xəbər - Azercell satışa çıxarıldi ? şirkət ləğv edilə də bilər).

Xəbər sayına görə sıralama:

1. AzerCELL 712  xəbər
2. BakCELL 589  xəbər
3. Nar Mobile 237  xəbər
4. NaxTel 9   xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 195 xəbər dərc edilib. Bu xəbərlərdən 187-i neytral, 8 xəbər isə müsbətdir .

Müsbət xəbərlər arasında AzerCELL operatoruna məxsusdur: (8 xəbər - Azərcell- in prezidenti  Beynəlxalq Rabitə Akademiyasinin akademiki adına layiq görüldü).

Xəbər sayına görə sıralama:

1. AzerCELL 96 xəbər
2. BakCELL 88  xəbər
      3.  Nar Mobile 10  xəbər       
      4. NaxTel                                     1 xəbər

İyun ayında televiziya kanallarında AzerCELL operatoruna məxsus 4 neytral xəbər göstərilib. 
             
İyun ayında radio kanallarında mobil operatorlarla bağlı xəbər yayımlanmayıb .

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Azercell mənfi xəbərlərdə lider oldu - Milliyol.az