2026-cı ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər olub.
MilliYol.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricə gedən vətəndaşların 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə səfər edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı isə 17,6 faiz artıb. Rusiyaya səfər edənlərin sayı 2 faiz, İrana gedənlərin sayı 44,5 faiz, digər ölkələrə gedənlərin sayı isə 2 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.
Vətəndaşların 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.






























