Əfqan Sadıqov həbs edildi

Azərbaycanlıdan KURYOZ rüşvətvermə: pulu cinayət məcəlləsinin içinə qoydu


Rusiyanın Omsk vilayətinin Çerlak rayon polis idarəsində maraqlı hadisə baş verib

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, polis Azərbaycan vətəndaşını idarəyə gətirərək onun sənədlərini yoxlamaq istəyib. Bu vaxt azərbaycanlı sərbəst buraxılması üçün polisə 10000 rubl (təxminən 300 manat) pul təklif edib.

Amma ona xəbərdarlıq edilib ki, rüşvət vermə Rusiya qanunları ilə cinayətdir.

Amma həmyerlimiz  deyilənləri başqa cür anlayıb. Polisin stolunun üstündəki Rusiya Federasiyası Cinayət Məcəlləsinin götürüb, pulu onun içinə qoyaraq  polisə uzadıb.

Hazırda onun haqqında cinayət işi qaldırılıb.

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlıdan KURYOZ rüşvətvermə: pulu cinayət məcəlləsinin içinə qoydu - Milliyol.az