Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı müğənni qəza keçirdi - Video


Müğənni Bahar Lətifqızı avtomobil qəzası keçirib

Axşam.az-ın məlumatına görə, bu haqda sənətçi özü xəbər verib. O bildirib ki, “Ford” markalı avtomobilinə “Kamaz” çırpılıb. Hadisə sənətçi Şəkidən konsertdən qayıdan zaman yolda baş verib.

Bahar qəza anını sosial şəbəkədə paylaşıb və bunları qeyd edib:

“Dostlar, qorxmayın, yaxşı ki “Kamaz”ın altında qalıb ölmədik. Allah istəmədi övladlarımız anasız qalsın. Amma çox qorxmuşam”.

Qeyd edək ki, Bahar 2 il bundan əvvəl də avtomobil qəzası keçirib və xəsarət almışdı.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı müğənni qəza keçirdi - Video - Milliyol.az