Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı hakim Romada keçiriləcək Avropa Liqası oyununu idarə edəcək

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb

AFFA-nın saytında verilən məlumata görə, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin “Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - “Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı hakim Romada keçiriləcək Avropa Liqası oyununu idarə edəcək - Milliyol.az